2027-ci ildən xarici dil imtahan modelində hansı dəyişikliklər nəzərdə tutulur?

Dövlət İmtahan Mərkəzi tərəfindən təqdim olunan yeni modelə əsasən, 2027-ci ildən tam orta təhsil səviyyəsində xarici dillər üzrə imtahan strukturunda dəyişikliklər nəzərdə tutulur.

SİA xəbər verir ki, yeni modelə görə, ümumilikdə 26 test tapşırığı olacaq. Bunların 25-i qapalı tipli, 1-i isə yazı bacarığını ölçən açıq tapşırıqdan ibarət olacaq.

Dinləyib-anlama bölməsi 4 qapalı tipli tapşırıqla qiymətləndiriləcək. Oxuyub-anlama hissəsi 2 hissəli olmaqla 8 tapşırıqdan ibarət olacaq. Qrammatika üzrə isə 13 test tapşırığı nəzərdə tutulur.

Yazı bacarığı isə ayrıca bir tapşırıq əsasında qiymətləndiriləcək. Bu tapşırıq şagirdlərin verilmiş mövzu və ya fikir əsasında fakt və mülahizələr irəli sürərək öz fikirlərini yazılı şəkildə ifadə etməsini tələb edəcək.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə