“Açıq tipli tapşırıqlar şagirdlərin bacarıqlarını daha dəqiq üzə çıxarır” - Şöbə müdiri
Aparılan təhlillər son illərdə şagird nəticələrində müəyyən dinamikanın olduğunu göstərir.
SİA xəbər verir ki, bu sözləri DİM-in Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva “Tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə qiymətləndirmə: yeni yanaşmalar və perspektivlər” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, 2022–2023-cü ildən etibarən açıq tipli tapşırıqlar üzrə nəticələrdə artım müşahidə olunur: “Bu, şagirdlərin daha yüksək səviyyəli bacarıqları tədricən mənimsədiyini göstərir”.
Könül Hacıyeva qeyd edib ki, açıq tipli suallara münasibət birmənalı olmasa da, bu tapşırıqları yerinə yetirən şagirdlər daha yüksək nəticə göstərirlər.
O vurğulayıb ki, bu tip suallar yüksək və orta səviyyəli şagirdləri fərqləndirmək baxımından daha effektivdir.
DİM nümayəndəsi bildirib ki, qapalı tipli tapşırıqlarda nəticələr daha stabil olsa da, müasir təhsil yanaşması analitik düşünmə və yazılı ifadə bacarıqlarını ön plana çıxarır.
O əlavə edib ki, yeni imtahan modellərində oxuyub-anlama və yazılı ifadə bacarıqları əsas qiymətləndirmə istiqamətləri kimi qəbul edilir.
Könül Hacıyeva qeyd edib ki, fikir bildirmə və mətn qurma bacarıqlarını ölçən tapşırıqlar şagirdlərin real dil səviyyəsini daha dəqiq qiymətləndirməyə imkan yaradır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB