BDU və İsrailin Negev Ben-Qurion Universiteti arasında anlaşma memorandumu imzalanıb
Bakıda keçirilən Süni İntellekt və Verilənlər Elmi üzrə II Avrasiya Forumu çərçivəsində Bakı Dövlət Universiteti (BDU) ilə İsrailin Negev Ben-Qurion Universiteti arasında anlaşma memorandumu imzalanıb. SİA xəbər verir ki, sənəddə iki universitet arasında beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi, birgə tədqiqatların, tələbə mübadiləsinin aparılması nəzərdə tutulub. Həmçinin süni intellekt və verilənlər elmi sahəsində ortaq təşəbbüslərin həyata keçirilməsi qeyd olunub.
Memorandumu BDU-nun rektoru Elçin Babayev və İsrailin Negev Ben-Qurion Universitetinin regional və sənaye inkişafı üzrə vitse-prezidenti Dan Blumberq imzalayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə