“Azərbaycanda astronomiya təhsilinin təşviqi” kitabı nəşr olunub

“Həvəskar Astronomlar Cəmiyyəti” İctimai Birliyi “Azərbaycanda astronomiya təhsilinin təşviqi” layihəsinin icrasını davam etdirir.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, oktyabrın 14-də layihə çərçivəsində “Tusi-Bohm Planetariumu”nda “Astronomiya olimpiadaları: məsələlər və onların həlləri” kitabının təqdimatı keçirilib.

İctimai Birliyin sədri Faiq Nağıyev bildirib ki, layihənin məqsədi astronomiya sahəsinə marağın artırılması, həmçinin məktəblilər və tələbələr üçün azərbaycandilli tədris resurslarının genişləndirilməsidir.

“Həvəskar Astronomlar Cəmiyyəti” İctimai Birliyinin həmtəsisçisi Famil Mustafa bu kitabın Azərbaycandan olan olimpiada iştirakçıları üçün mühüm vəsait olduğunu dilə gətirib.

Tədbirin sonunda “Planetarium” zalında elmi-populyar film nümayiş olunub.

Qeyd edək ki, kitabın tərcüməçiləri Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşları - Nazim Hüseynov və Kamal Hüseynov, layihənin donoru isə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Bütün xəbərlər Facebook səhifəmizdə