"Sərbəst işlər daha çox plagiat proqramından keçirilmədiyi üçün tələbələr burada internet resurslarından istifadə etməyə cəhd edirlər". Bu sözləri SİA-ya açıqlamasında Ali təhsil üzrə ekspert, Ped.ü, f.d. Vüsal Kərimli deyib.
O bildirib ki, amma əksər universitetlərdə sərbəst işlər fərdi qaydada deyil, komanda ilə, yəni üç-beş nəfərdən ibarət komandalar formasında həyata keçirilir: "Burada əsas məqsəd tələbələrin əsas ümumi kompetensiyaları, gələcəkdə iş yerlərində lazım olacaq komandada işləmək bacarığını öyrədir. Onlar gələcəkdə çox rahatlıqla istənilən məkanda fərqli insanlarla müxtəlif layihələr üzərində çalışa bilərlər.
Sərbəst iş tələbələrin gələcək iş həyatlarında çalışmaq bacarıqlarını inkişaf etdirir. Sərbəst işlər komanda halında işləməklə gələcək iş həyatınızda tanımadığınız, bilmədiyiniz insanlarla yola getmək, eyni zamanda vahid komanda kimi çalışmaq və layihələrin icrasını birlikdə işləmək bacarıqlarını öyrədir. Düşünürəm ki, bu, tələbələrə gələcəkdə iş yerində daha yaxşı ünsiyyət qurma bacarıqları, düşünmə bacarıqları verir.
Fikrimcə, sərbəst işlər ləğv edilməməlidir. Əslində bu, bütün dünyada var. Layihə işi, sərbəst iş, necə adlandırmağımız önəmli deyil, universitetlərdə tələbə biliklərinin qiymətləndirilməsində çox mühüm amildir. Tələbələr həm layihəni yazır, eyni zamanda da ünsiyyət qurma bacarıqları qazanırlar. Bu, çox önəmlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə