Türkiyəli telejurnalistlər BDU-da praktik seminar keçiriblər

Türkiyəli telejurnalistlər BDU-da praktik seminar keçiriblər

III Beynəlxalq Türk Dünyası Kommunikasiya (Media) və İncəsənət Simpoziumunun iştirakçıları olan TRT-nin keçmiş əməkdaşı Hayri Çölaşan və rejissor-prodüser Esin Özalp Öztürk Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin Tədris teleradio studiyasının qonağı olublar.

SİA-nın əldə etdiyi məlumata görə, universitetdən bildiriblər ki, qonaqlar studiya ilə yaxından tanış olub və BDU TV-yə müsahibə veriblər.

Onlar, eyni zamanda, studiyanın auditoriyasında tələbələrə sənədli filmin necə hazırlanması, rejissor işinin özəllikləri barədə praktik seminar keçiblər.

İnteraktiv formada keçirilən seminarda maraqlı müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə