"Məktəbəqədər təhsildə müəyyən çatışmazlıqlar var" - MÜNASİBƏT BİLDİRİLDİ
"Dövlətimiz təhsilin bütün pillələrinə xüsusi diqqət yetirir. Onlardan biri də məktəbəqədər təhsildir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, deputat Musa Qasımlı Azərbaycanda məktəbəqədər təhsil xərclərinin 50 milyon manata yaxın artırılması məsələsinə münasibət bildirərkən deyib.

Musa Qasımlı sözlərinə belə davam edib: "Hər il dövlət büdcəsindən bu sahəyə ayrılan vəsait artırılır, məktəbəqədər təhsil müəssisələri yenidən qurulur, maddi-texniki təchizatı yaxşılaşır və uşaqların erkən yaşda fiziki, əqli, mədəni səviyyələrinin artırılması üçün müxtəlif proqramlar həyata keçirilir. Amma məlumdur ki, məktəbəqədər təhsil ocaqları ölkəmizin heç də bütün rayonlarında Bakı şəhərindəki kimi inkişaf etməyib. Müəyyən çatışmazlıqlar var və təbiidir. Ən başlıcası bu sahəyə diqqətin getdikcə artmasıdır".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB