“Kollec təhsili təhsilin bir pilləsi olaraq daim diqqətdə saxlanılmalıdır” - MÜNASİBƏT BİLDİRİLDİ
“Azərbaycanda kollec təhsilinin keyfiyyətinin artırılması üçün xeyli işlər görülüb, qəbul prosesi tam şəffallaşdırılıb. Bunun nəticəsi olaraq da kollecdə təhsilin keyfiyyətində xeyli irəliləyişlər var. Eyni zamanda kollec təhsilini başa vuranların subbaklavr olaraq ali təhsil müəssisələrinə qəbul edilmələri ilə bağlı verilmiş qərar təhsilin ardıcıllığının təmin edilməsi baxımından olduqca əhəmiyyətlidir”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov deyib.
Onun sözlərinə görə, bütövlükdə kollec məzunlarının gələcəkdə əmək bazarında özünə yer tapması üçün onlara yaxşı bilik verilməlidir: “Bir çox kolleclərin ali təhsil müəssisələrinin tərkibində fəaliyyət göstərməsi də təhsilin keyfiyyətinin artmasına təsir edən amillər sırasındadır. Kolleclərdə müasir ixtisaslar üzrə yeni şöbələrin istifadəyə verilməsi də müsbət addımdır.
Düşünürəm ki, kollec təhsili təhsilin bir pilləsi olaraq daim diqqətdə saxlanılmalı və inkişafı üçün işlər görülməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə