Metodik işin səmərəli təşkilinə dair toplantılar yekunlaşıb - FOTOLAR
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin metodbirləşmə rəhbərləri üçün təşkil olunan illik metodik toplantılar başa çatıb. Qurumdan SİA-ya verilən məlumata görə, Bakı şəhəri üzrə 12 rayonu əhatə edən məktəblərin metodbirləşmə rəhbərləri ilə keçirilən görüşlərdə Təlimə Dəstək Mərkəzinin (TDM) direktoru Minarə Fərzəliyeva və TDM-in metodistləri Kunzala Həmidova, Səkinə Hüseynova, Samirə Əfəndiyeva və Çinarə Cəbrayılova çıxış ediblər.
Metodik toplantılarda müəllimlərə 2023-2024-cü tədris ilində qarşıda duran hədəflər, illik tədris planlarının tərtib edilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi, metodik işin səmərəli təşkili, tədris prosesində sağlam mənəvi-psixoloji mühitin təmin edilməsi və digər müvafiq məsələlərlə bağlı tövsiyələr verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə