“Ziya Bünyadov böyük tarixçi alim idi“ - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Cənab Prezident İlham Əliyevin görkəmli alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ziya Bünyadovun anadan olmasının 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı imzaladağı sərəncam elm adamlarına, tariximizə yüksək diqqətin olduğunu göstərir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı deyib.

Onun sözlərinə görə, bu bir daha təsdiq edir ki, dövlət başçımız tariximizə, onu araşdıranlara, tarixi həqiqətlərimizin dünyaya çatdırılması üçün çalışmış və indi çalışan insanlardan diqqətini əsirgəmir: “Ziya Bünyadov böyük tarixçi alim idi. Mən onu şəxsən tanıyırdım, bir neçə dəfə görüşmüş, səfər yoldaşı olmuşduq. Hesab edirəm ki, qeyri-adi isteda da malik bir şəxs olmaqla Azərbaycan tarixinə edilən hücumlardan onu qoruyan görkəmli alimimiz idi. Fikrimcə bu sərəncam böyük mənəvi, psixoloji əhəmiyyət daşıyır. Eyni zamanda tarix sahəsində aparılan tədqiqatlara stimul verəcək”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə