"Məktəblərdə hərbi vətənpərvərlik tərbiyəsi ilə bağlı mövzulara geniş yer verilməlidir" TƏHSİL EKSPERTİ MÜNASİBƏT BİLDİRDİ
“Məktəblərdə hərbi vətənpərvərlik tərbiyəsi ilə bağlı mövzulara dərsliklərdə geniş yer verilməlidir. Ümumiyyətlə, gənclərin bu istiqamətdə maarifləndirilməsi, bilik və savadlarının artırılması başlıca məqsədlərdən olmalıdır”. Bunu SİA-ya açıqlamasında təhsil üzrə ekspert Hikmət Əlizadə deyib.
Onun sözlərinə görə, dərsliklərdə bölmələrin sayı artırılsa müsbət nəticələr olar: “Xüsusilə də, ədəbiyyat və tarix dərsliklərində vətənpərvərlik xüsusi proqram üzrə keçirilməlidir. Düşünürəm ki, ədəbiyyat və tarix dərsliklərində həm 44 günlük Vətən müharibəsi, həm də 23 saat 44 dəqiqə çəkən antiterror tədbirləri ilə bağlı geniş və əhatəli proqram əksini tapmalıdır. Azərbaycan dövləti elə bir coğrafi ərazidə yerləşirik ki, hər zaman ölkəmizə qarşı kənar təhdidlər ola bilər. Bu baxımdan, ordumuz daim güclü olmalı, gənclərimiz vətənpərvərlik ruhunda yetişməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə