XİN-ə diplomatik xidmətə işə qəbul imtahanının ikinci mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi Xarici İşlər Nazirliyinə diplomatik xidmətə işə qəbul imtahanının ikinci mərhələsi üzrə məlumat yayıb. SİA xəbər verir ki, Xarici İşlər Nazirliyinə diplomatik xidmətə işə qəbul üzrə keçiriləcək yazılı imtahanın ikinci mərhələsinə birinci mərhələdə hər bir tapşırıq bloku üzrə 50%-dən yuxarı (çin, ərəb, fars, fransız, ispan, portuqal və ibri dillərini seçən namizədlərdə 40%-dən yuxarı) nəticə göstərən namizədlər buraxılır.
Yazılı imtahanın xarici dil biliyini yoxlayan ikinci mərhələsində dillər üzrə ümumavropa çərçivə sənədinin (CEFR) C1 səviyyəsinə uyğun olaraq namizədlərin 4 bacarıq (“dinləyib-anlama”, “oxuyub-anlama”, “yazı” və “danışıq”) üzrə qiymətləndirilməsi aparılacaq.
23 sentyabr 2023-cü ildə keçiriləcək yazılı imtahanın xarici dil biliyini və Azərbaycan dili üzrə yazı bacarığını yoxlayan ikinci mərhələsi xarici dil üzrə dinləmə mətninin təqdim olunması ilə başlanır. Yazılı imtahanın strukturu aşağıdakı kimidir:
- Xarici dil üzrə dinləyib-anlama bloku – (30 dəqiqə)
Monoloq və dialoq tipli dinləmə mətnləri üzrə dinləyib-anlama bacarığının yoxlanılmasını nəzərdə tutan 10 qapalı tipli test tapşırığı.
- Xarici dil üzrə oxuyub-anlama bloku – (60 dəqiqə)
İki müxtəlif oxu mətni üzrə bacarığın ölçülməsini nəzərdə tutan 20 qapalı tipli test tapşırığı.
- Xarici dil və Azərbaycan dili üzrə yazı bloku – (90 dəqiqə)
Analitik yazı bacarıqlarının yoxlanılmasını nəzərdə tutan esse tipli yazı tapşırığı. Namizədlər təqdim olunmuş üç mövzudan birini seçir və seçilmiş mövzu üzrə həm müvafiq xarici dildə, həm də Azərbaycan dilində 250-300 sözdən ibarət esse yazır.
Danışıq bloku üzrə imtahan isə 24 sentyabr 2023-cü il tarixində DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (8 Noyabr metrostansiyasının yanı) yerləşən inzibati binasında keçiriləcək.
Danışıq bloku üzrə qiymətləndirmə şifahi formada kompüter proqramı vasitəsilə həyata keçiriləcək. Namizədlərin kompüter proqramı ilə yaxından tanış olmaları üçün yaxın günlərdə müvafiq link-məlumat paylaşılacaq. Qeyd edək ki, yalnız ikinci mərhələ imtahanı üçün qeydiyyatdan keçmiş iddiaçılar linkə daxil olaraq proqramın demo versiyası ilə tanış ola biləcəklər.
- Xarici dil üzrə danışıq bloku (20 dəq)
Kompüter proqramı vasitəsilə təşkil olunan üç mərhələli qiymətləndirməni nəzərdə tutan tapşırıqlar.
Yazıya qoyulan tələblər
Analitik yazı bacarıqlarının yoxlanılmasını nəzərdə tutan və həm xarici dil, həm də Azərbaycan dilində təqdim olunan esse tipli yazıya qoyulan tələblər aşağıdakı kimidir:
- Esse seçilmiş xarici dildə (və ya Azərbaycan dilində) olub verilmiş mövzunun konkret adına uyğun işlənilməli;
- Tərkib hissələri (giriş, əsas hissə (bir neçə abzasdan ibarət ola bilər) və nəticə) abzaslarla fərqləndirilməli;
- Həcmi 250-300 söz olmalı;
- Mövzu dolğun və tam şəkildə əhatə edilməli;
- Fikirlər məntiqi ardıcıllıqla təqdim edilməli;
- Mövzu ilə bağlı sərbəst mühakimə yürüdülməli;
- Analitik təhliletmə, ümumiləşdirmə və məntiqi nəticə çıxarmaq qabiliyyəti göstərilməli;
- İfadə olunan fikirləri (ehtiyac yarandığı halda) əsaslandırmaq üçün sitatlar, nümunə, təcrübə, fakt və başqa mənbələr yerində istifadə olunmalı;
- Xarici dilin (Azərbaycan dilinin) yazı üslubunun orijinallığı, dilin zənginliyi və səlisliyi nümayiş etdirilməli;
- Fikirlər rabitəli və aydın şəkildə, ədəbi dilin normalarına və qrammatika, orfoqrafiya, durğu işarələrinin işlənməsi qaydalarına müvafiq olaraq ifadə edilməlidir.
Yazı işlərinin qiymətləndirilməsi meyarlara əsasən aparılır və hər bir ekspert qiymətləndirmə zamanı yuxarıda qeyd olunmuş meyarların detallı təsvirinə istinad edir.
Burada:
“A” meyarı essenin mövzuya uyğunluğu, həcmi, tərkib hissələrinin (giriş, əsas hissə və nəticənin mövcudluğu və onlar arasında məntiqi rabitənin olmasını (bütövlük və tamlıq); “B” meyarı mövzunun əhatə səviyyəsini, fikirlərin məntiqli və inandırıcı şərhi və ya təkzibini, sübutedici mənbələrdən istifadə etməklə əsaslandırılmasını;
“C” meyarı mürəkkəb birləşdirici vasitələrdən və müxtəlif strukturlu cümlələrdən istifadəni, dilin qrammatik qaydalarına əməl olunmasını, yol verilmiş səhvlərin (qrammatik, orfoqrafik, durğu işarələri) sayını;
“D” meyarı isə söz ehtiyatının zənginliyi, səlisliyi, ifadəlilik, ədəbilik, üslubun neytrallığı, orijinallığı və leksik səhvlərin sayını əhatə edir.
Hər bir yazı işi kodlaşdırıldıqdan sonra iki mərhələdə yoxlanılır və beş ballıq şkala üzrə qiymətləndirilir. Birinci mərhələ A və B, ikinci mərhələ isə C və D alt bacarıqlarının yoxlanılmasından ibarətdir. Hər mərhələdə qiymətləndirmə iki ekspert tərəfindən aparılır və ehtiyac yaranarsa, üçüncü ekspertə yönləndirilir.
Qeyd 1: Yerinə yetirilməmiş, yazı müəllifini tanıtmaq məqsədilə hər hansı işarə vurulmuş, namizədin özü və ya yaxınları, müəllimləri və s. barəsində məlumat yazılmış və ya təqdim olunan mövzulardan biri əvəzinə, hər hansı digər mövzuda və ya seçilmiş xarici dil əvəzinə digər dildə yazılmış, həmçinin oxunulması mümkün olmayan yazı işləri “0” balla qiymətləndirilir.
Qeyd 2: Həm xarici dil, həm də Azərbaycan dili üzrə esse tipli yazı işini yerinə yetirmək üçün namizədlərə təqdim olunan A3 ölçülü vərəqin son səhifəsi qaralama kimi istifadə oluna bilər. Qaralama hissədə aparılan qeydlər qiymətləndirmədə nəzərə alınmır.
Qeyd 3: “A” meyarı “0” balla qiymətləndirilirsə, növbəti meyar üzrə qiymətləndirmə aparılmır və yekun qiymət kimi “0” bal yazılır.
Danışıq bloku imtahanı üzrə qoyulan tələblər
Xarici dildə danışıq bloku üzrə də qiymətləndirmə meyarlara əsasən aparılır və meyarlar (1) səlislik və məntiqi ardıcıllıq, (2) qrammatik qaydalara əməl olunma, (3) söz ehtiyatının zənginliyi, (4) tələffüz və (5) sualların cavablandırılması dərəcəsi kimi fərqləndirilir.
Danışıq bloku üzrə namizədlər tapşırıqlara şifahi cavab verərkən aşağıdakı tələblərə əməl etməlidirlər:
- Müxtəlif birləşdirici vasitələrdən istifadə etməklə fikirlər arasındakı rabitəni gözləməli;
- Xarici dildə danışarkən səlisliyi və dəqiqliyi gözləyərək savadlılıq səviyyəsini nümayiş etdirməli;
- Fikirləri rabitəli və aydın şəkildə, ədəbi dilin normalarına və qrammatik qaydalarına müvafiq olaraq ifadə etməli;
- Mövzuya uyğun zəngin akademik söz ehtiyatı nümayiş etdirərək təkrarlardan yayınmalı;
- Qəbul olunmuş standartlara uyğun tələffüz nümayiş etdirməli;
- Mövzu ilə bağlı tərəflərin mövqeyini faktlar və dəlillərlə əsaslandırmalı;
- Suallara məntiqli və əhatəli cavab təqdim etməlidirlər.
Hər bir ekspert qiymətləndirmə zamanı yuxarıda qeyd olunmuş meyarların detallı təsvirinə istinad edir. Danışıq bloku üzrə imtahan üç mərhələdən ibarətdir. İmtahan günü namizəd buraxılış vərəqəsində qeyd olunan saatda imtahan binasına yaxınlaşır, yoxlama və qeydiyyatdan keçdikdən sonra imtahan zalına daxil olur. Namizəd ona ayrılmış yerdə əyləşir və imtahan zalında digər namizədlərlə bir yerdə nəzarətçinin ümumi təlimatını dinləyir və göstərişləri yerinə yetirir.
Birinci mərhələdə iddiaçı verilmiş şəkli öncə təsvir edir, sonra isə artan çətinlikdə olan mövzu üzrə suallara aid fikrini bildiririr, səbəblər gətirir və izahatlar verərək cavabını əsaslandırır. Bu tapşırıqda birinci sual şəklin təsvirini (bir dəqiqə) tələb edir. İkinci sual daha ümumi (bir dəqiqə), üçüncü sual (bir dəqiqə) isə nisbətən xüsusi xarakter daşıyır. Bu mərhələ üçün hər suala düşünmək üçün bir, cavablandırmaq üçün isə bir dəqiqə vaxt ayrılır.
İkinci mərhələdə verilmiş mövzuya uyğun olaraq təqdim olunmuş lehinə və əleyhinə fikirlər əsasında namizəd ona uyğun olanları seçərək fikrini əsaslandırmaq üçün arqumentlərdən istifadə etməklə təqdimetmə bacarığını nümayiş etdirir. Bu zaman namizədlərə təqdim olunmuş mövzu üzrə düşünmək üçün üç, cavablandırmaq üçün isə iki dəqiqə vaxt verilir.
Üçüncü mərhələdə iddiaçıya ikinci mərhələdə verilmiş mövzu ilə əlaqədar bir fikir təqdim olunur və namizəddən bu fikrə münasibət bildirmək tələb olunur. Sonuncu mərhələdə düşünmək üçün bir, sualı cavablandırmaq üçün bir dəqiqə vaxt verilir.
Vaxta nəzarət və növbəti mərhələlərə keçid kompüter proqramı vasitəsilə avtomatik qaydada aparılır və sualların cavablandırılması mərhələsində namizədin texniki müdaxiləsi tələb olunmur.
İkinci mərhələ üzrə balların hesablanması
Xarici dil fənni üzrə imtahanın balı həm hər bir bacarıq (“Dinləyib-anlama”, “oxuyub-anlama”, “yazı” və “danışıq”) üzrə ayrılıqda, həm də ümumi imtahan üzrə hesablanır. Bacarıqlar üzrə ballar hesablanarkən, toplanmış xam ballar əmsallara vurulur və toplanır. İmtahan üzrə toplanıla bilən maksimal bal 60-dır.
Azərbaycan dilində “Esse” yazısı üzrə toplanıla bilən maksimal bal 60-dır.
Aşağıdakı cədvəldə imtahanın komponentləri, toplana bilinən xam bal, maksimum bal və balların hesablanması göstərilmişdir:
|
|
II mərhələ |
|
||||
|
Komponentlər |
Tapşırıqların sayı |
Xam bal |
Əmsal |
Toplana bilən maksimal bal* |
Minimal tələb |
|
|
Xarici dil - Dinləyib-anlama |
10 |
10 |
1 |
10 |
2 |
|
|
Xarici dil - Oxuyub-anlama |
20 |
20 |
1 |
20 |
4 |
|
|
Xarici dil - Esse |
250-300 sözlük esse |
10 |
2 |
20 |
4 |
|
|
Xarici dil - Danışıq |
3 |
10 |
1 |
10 |
2 |
|
|
Xarici dil üzrə - Cəmi |
|
60 |
36 |
|||
|
Azərbaycan dili - Esse |
250-300 sözlük esse |
10 |
6 |
60 |
30 |
|
|
II mərhələ üzrə Cəmi |
|
120 |
--- |
|||
|
*II mərhələ üzrə ballar hesablanarkən xam ballar əmsallara vurulur. |
||||||
Azərbaycan dilində icra olunan esse tapşırığından 50% (30 bal) və xarici dilin bütün komponentləri üzrə cəmi 60% (36 bal), hər bir komponenti üzrə 20%-dən (“dinləyib-anlama” və “danışıq” bacarığnın hər biri üçün 2 bal, “oxuyub-anlama” və “yazı” bacarığnın hər biri üçün 4 bal) az olmayaraq nəticə göstərən namizədlər yazılı imtahanın ikinci mərhələsindən müvəffəqiyyətlə keçmiş hesab olunurlar.
Yazılı imtahanın hər iki mərhələsindən müvəffəqiyyətlə keçmiş və iki mərhələnin nəticəsində ən yüksək nəticə əldə edən ilk 100 iştirakçı müsahibə mərhələsinə buraxılır. Hər iki mərhələ üzrə ümumi balın hesablanması imtahanın 1-ci mərhələsi üzrə (maksimum 120 bal), imtahanın 2-ci mərhələsinin “Xarici dil fənni” üzrə (maksimum 60 bal) və Azərbaycan dili üzrə “esse” yazısı üzrə toplanan (maksimum 60 bal) balların cəmlənməsi yolu ilə aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 15 Oktyabr 20:05Ölümcül yük altında yatmaq...
Sosial 15 Oktyabr 19:51İran ordusu: Hörmüz boğazının şərqində daha bir tanker yanıb
Dünya 15 Oktyabr 19:37ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 15 Oktyabr 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 15 Oktyabr 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 15 Oktyabr 18:49Prezidentin sosial media hesablarında videoçarx paylaşılıb
Siyasət 15 Oktyabr 18:31İnsanı inandırmağın yeddi yolu..?
Sosial 15 Oktyabr 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 15 Oktyabr 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 15 Oktyabr 17:52Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb - YENİLƏNİB
Siyasət 15 Oktyabr 17:428 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
Sosial 15 Oktyabr 17:33Kobaxidze Ermənistana səfər edib
Dünya 15 Oktyabr 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 15 Oktyabr 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 15 Oktyabr 17:02“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir“ -FİRƏNGİZ ƏLİZADƏ
Siyasət 15 Oktyabr 16:40Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Hadisə 15 Oktyabr 16:35Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
Siyasət 15 Oktyabr 16:34Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 15 Oktyabr 16:34Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb - YENİLƏNİR
Siyasət 15 Oktyabr 16:32“Könüllülük gənclərin gələcək karyerası üçün mühüm imkandır“ - SOSİOLOQ DANIŞDI
Sosial 15 Oktyabr 16:26Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 15 Oktyabr 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 15 Oktyabr 16:20"Məktəbin öz geyim qaydaları və vahid məktəbli forması olmalıdır" - ŞEYX ƏBDÜL MAHMUDOV
Təhsil 15 Oktyabr 15:54Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları üçün ilk yardım təlimi keçirilib
Səhiyyə 15 Oktyabr 15:38Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçıları üçtərəfli əməkdaşlığı müzakirə ediblər
Siyasət 15 Oktyabr 15:25Azərbaycan–Laos münasibətləri: yeni əməkdaşlıq perspektivləri - MƏQALƏ
Siyasət 15 Oktyabr 15:22Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı
İqtisadiyyat 15 Oktyabr 15:20“Azərbaycanda İslam ərəb geyimi ilə deyil, milli-mənəvi dəyərlərlə yaşadılır” - ŞƏRH EDİLDİ
Siyasət 15 Oktyabr 15:10Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 15 Oktyabr 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 15 Oktyabr 14:50“Azərbaycan beynəlxalq münasibətlər sistemində öz mövqeyini gücləndirir” - DEPUTAT
Siyasət 15 Oktyabr 14:40Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
İdman 15 Oktyabr 14:38Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 15 Oktyabr 14:37Sahibə Qafarova və İqor Sergeyenko parlamentlərarası əlaqələri müzakirə ediblər
Siyasət 15 Oktyabr 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 15 Oktyabr 14:35Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib - YENİLƏNİB - FOTOLAR
Siyasət 15 Oktyabr 14:31Gəlin qardaş-qardaşa danışaq... - OKAN MÜDƏRRİSOĞLU YAZIR
Siyasət 15 Oktyabr 14:16“Prezidentin siyasətində milli təhlükəsizlik əsas prioritetdir” - ŞƏRH
Siyasət 15 Oktyabr 14:13“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 15 Oktyabr 14:03AQEM: Azərbaycanın fəal çoxtərəfli diplomatiyası - DEPUTAT
Siyasət 15 Oktyabr 14:02Havanın tez-tez dəyişməsi oynaq xəstəliklərini həqiqətən aktivləşdirirmi? - HƏKİM AÇIQLADI
Səhiyyə 15 Oktyabr 14:00Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
İdman 15 Oktyabr 13:56Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 15 Oktyabr 13:55"Dünyaya açıq gənc nəsil yad təsirlərə qarşı ən etibarlı müdafiədir" - ŞƏRH
Siyasət 15 Oktyabr 13:55Suriyadan repatriasiya olunan 13 Azərbaycan vətəndaşının vəziyyəti öyrənilib
Hadisə 15 Oktyabr 13:53“Son 9 ay ərzində 65 kənddə elektirik xətlərinin yenilmənməsi prosesi tamamilə yekunlaşıb“
İqtisadiyyat 15 Oktyabr 13:51"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 15 Oktyabr 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 15 Oktyabr 13:46“Azərbaycanın iqtisadi potensialı beynəlxalq tərəfdaşlıqları gücləndirir” - DEPUTAT DANIŞDI
Siyasət 15 Oktyabr 13:40"Azərbaycanın müstəqil siyasəti bəzi dövlətlərlə münasibətlərdə gərginlik yaradır" - ŞƏRH EDİLDİ
Siyasət 15 Oktyabr 13:36NİİM: 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib
Hadisə 15 Oktyabr 13:21BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 15 Oktyabr 13:20Prezident: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır
Siyasət 15 Oktyabr 13:19Borca görə həbs qoyulan avtomobili satmaq və ya başqasına keçirmək olarmı? - HÜQUQŞÜNAS DANIŞDI
Sosial 15 Oktyabr 12:54“ABŞ-da aralıq seçkilər Tramp administrasiyasının siyasi gələcəyinə təsir edə bilər“ - ŞƏRH
Siyasət 15 Oktyabr 12:52Zakir Həsənov qırğız həmkarı ilə əməkdaşlığı müzakirə edib
Siyasət 15 Oktyabr 12:52Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 15 Oktyabr 12:51Dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə 165 milyon manatdan çox vəsait köçürülüb
İqtisadiyyat 15 Oktyabr 12:50"Vahid məktəbli forması təhsil müəssisələrində bərabərlik anlayışını gücləndirməlidir" - Aygün Bağırlı
Mədəniyyət 15 Oktyabr 12:50Azərbaycanın müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib
Siyasət 15 Oktyabr 12:45Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 15 Oktyabr 12:44Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır - Prezident
Siyasət 15 Oktyabr 12:41Azərbaycan Prezidenti AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışıb
Siyasət 15 Oktyabr 12:40Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...
Siyasət 15 Oktyabr 12:12“Azərbaycanda bank sektorunda təmərküzləşmə səviyyəsi son dörd ildə azalıb“ -ŞAHİN MAHMUDZADƏ
Siyasət 15 Oktyabr 11:59“Azərbaycanda əhalinin borc yükü 18,7 faizə yüksəlib“ -ATAXAN HƏSƏNOV
Siyasət 15 Oktyabr 11:54SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 15 Oktyabr 11:51Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
İdman 15 Oktyabr 11:48Özəl xəbərlər
Digər xəbərlər“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir“ -FİRƏNGİZ ƏLİZADƏ
Siyasət 15 Oktyabr 16:40“Könüllülük gənclərin gələcək karyerası üçün mühüm imkandır“ - SOSİOLOQ DANIŞDI
Sosial 15 Oktyabr 16:26Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 15 Oktyabr 16:20"Məktəbin öz geyim qaydaları və vahid məktəbli forması olmalıdır" - ŞEYX ƏBDÜL MAHMUDOV
Təhsil 15 Oktyabr 15:54
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



