“Məktəblərdə 481 mindən çox şagird təhsil alır”

“Məktəblərdə 481 mindən çox şagird təhsil alır”

“Bu gün ötən tədris ilinin hesabatı, görülən işlər, statistika təqdim olunacaq və növbəti il üçün yeni hədəflər müəyyənləşdiriləcək. Bakıda 318 ümumtəhsil və 344 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib. Onun sözlərinə görə, məktəblərdə 481 mindən çox şagird təhsil alır. Onların təhsili ilə 28 mindən çox müəllim məşğul olur.

Məktəbəqədər təhsil müəssisələrində isə 35 minə yaxın uşaq tərbiyə olur. Onların təlim-tərbiyəsi ilə 400 mindən çox müəllim məşğul olur”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə