15 sentyabr yeni tədris ilinə hazırıqmı? - EKSPERT MÜNASİBƏT BİLDİRDİ
“2023-cü il üçün yeni tədris ili başlayır. 2023-24-cü il bizim orta təhsil məktəblərində bir sıra yeniliklərlə yadda qalacaq. Xüsusilə təbiət fənninin 6-cı siniflər üzrə tətbiqi, ali təhsil müəssisələrinə rekord sayda qəbul olması təqdirəlayiqdir. Ümumilikdə 2 milyona yaxın şəxs orta və ali təhsilə cəlb olunacaq”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, orta ümumtəhsil məktəbləri sertifikasiya prosesinin ilkin nəticələrini görəcəklər: “700-dən çox müəllim təkrar sertifikasiyadan keçmədiyi üçün əmək müqavilələrinə xitam verildi. Bu o deməkdir ki, artıq yeni müəllimlər işə başlayacaq.
Azərbaycan təhsil sistemi yeni tədris ilinə hazırdır. Amma qeyd olunması vacib olan bəzi məqamlar var. Bu il keçən ildən fərqli olaraq orta ümumtəhsil məktəbləri dərsliklərlə tam təmin edilib. Lakin məktəbli formaları ilə bağlı problemlər qalmaqdadır. Belə ki, təhsil alan bütün şagirdlər məktəbli forması ilə təmin olunmayıb. Orta ümumtəhsil məktəblərinə 8000-ə yaxın müəllim işə qəbul edilib. Amma yenə də müəllimi olmayan kifayət qədər məktəblər var. Bu olduqca ciddi məsələdir. Eyni zamanda bu il yeni məktəblər tikildi, təmir edildi, lakin hələ də qəzalı vəziyyətdə olan məktəblər var və onların bərpası istiqamətində işlər sürətləndirilməlidir.
Təəssüflər olsun ki, ali məktəblərlə bağlı vəziyyət yaxşı deyil. Ali məktəb məzunlarının işə qəbul nəticələri olduqca aşağıdır. Orta ümumtəhsil məktəbləri ilə bağlı böyük bir faizlə vəziyyətin yaxşı olduğunu desək də, ali məktəblərlə bağlı eyni şeyi deyə bilməyəcəyik”.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB