“İşğaldan azad edilmiş ərazilərdə 6 ümumtəhsil məktəbi tikilib” - NAZİR DANIŞDI

“İşğaldan azad edilmiş ərazilərdə 6 ümumtəhsil məktəbi tikilib” - NAZİR DANIŞDI

“Yeni tədris ili üçün qarşıda duran əsas prioritet məsələ işğaldan azad olunmuş ərazilərdə məktəblərimizin açılmasıdır”. SİA xəbər verir ki, bu sözləri media üçün brifinqdə çıxışı zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, bu il artıq Zəngilan rayon Ağalı kənd, Tərtər rayon Talış kənd, Füzuli şəhər 1 nömrəli tam orta məktəb, Laçın şəhər 2 nömrəli məktəb, Laçın rayonu Zabux kənd tam orta məktəb, Şuşa şəhər 1 nömrəli məktəbində dərs tədris ediləcək. Bu məktəblərdə 6 ümumtəhsil məktəbi üzrə 780 şagird təhsil alacaq. Müəllimlərin sayı isə 94 nəfərdir. Qeyd edək ki, bu rəqəmlər getdikcə artacaq”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə