"Sertifikasiya prosesi inqilabi dəyişikliklərin başlanğıcını qoyacaq" - EKSPERT İZAH ETDİ

"Sertifikasiya prosesi inqilabi dəyişikliklərin başlanğıcını qoyacaq" - EKSPERT İZAH ETDİ

“Hazırda ölkənin ümumtəhsil məktəblərində ümumilikdə 150 min məüllim çalışır və Azərbaycan müəllimləri ilk dəfə 2014-2018-ci illərdə diaqnostik qiymətləndirməyə cəlb olunmuşdular. Amma orada əsas məqsəd müəllimlərin dərs bölgüsü problemlərinin aradan qaldırılması idi. Lakin hazırda aparılan sertifikasiya imtahanları müəllimlərin ixtisas və bacarıqlarını yoxlamaq məqsədi daşıyır. Etiraf edək ki, 2022-ci keçirilən imtahanda iştirak edən 11 min ibtidai sinif müəllimindən 2800-ü müsabiqə şərtini ödəyə bilməmişdi”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, həmin müəllimlərə ikinci şans verildi: “İndi isə 700-dən çox müəllim ikinci dəfə müsabiqə şərtini ödəyə bilmədi və əmək müqavilələrinə xitam verildi. Bu kifayət qədər ədalətli bir prosesdir. Çünki həmin müəllimlər öz ixtisasları üzrə minimum suallara cavab verə bilmirlərsə, qarşılarındakı uşağa da heçnə öyrədə bilməyəcəklər. Heç bir təhsil sisteminin gücü öz müəllimindən artıq ola bilməz. Çox təəssüflər olsun ki, bu cür müəllimlər illərdir şagirdlərə dərs keçirlər. Lakin özü bir şey bilməyən müəllim, qarşısındakına da heçnə öyrədə bilməz. Bu baxımdan da sertifikasiya prosesi Azərbaycan təhsilində inqilabi dəyişikliklərin başlanğıcını qoyacaq. Sertifikasiyanı dəstəkləmək lazımdır, proses sona qədər davam etməlidir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə