Bir neçə məktəbin bir sinfinin bütün şagirdləri tələbə adını qazanıblar

Bir neçə məktəbin bir sinfinin bütün şagirdləri tələbə adını qazanıblar

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki bir neçə məktəbdə bir sinfin bütün şagirdləri yüz faizlik nəticə göstərərək tələbə adını qazanıblar.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə BŞTİ-dən məlumat verilib. Bildirilib ki, paytaxtdakı 13, 53, 85, 114, 300, 302, 307 nömrəli tam orta məktəblərin, o cümlədən 220, 299 nömrəli məktəb-liseylərin hər birində bir sinfin bütün şagirdləri ali təhsil müəssisələrinə qəbul olublar.

Bundan əlavə, 287 nömrəli “Zəkalar” liseyinin isə 5 sinfi yüz faiz nəticə göstərib.

Bütün xəbərlər Facebook səhifəmizdə