Müəllimlərin işə qəbulu iyulun 11-dən 15-dək keçiriləcək

Müəllimlərin işə qəbulu iyulun 11-dən 15-dək keçiriləcək

2023-2024-cü tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları ilə bağlı məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları iyulun 11-dən 15-dək 13 şəhərdə təşkil olunmuş 29 imtahan mərkəzində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə