BSU-da mediatur keçirilib - YENİLƏNİB- FOTOLAR

BSU-da mediatur keçirilib - YENİLƏNİB- FOTOLAR

İyunun 25-də Bakı Slavyan Universitetində (BSU) Elm və Təhsil Nazirliyi yanında İctimai Şura, qeyri-hökumət təşkilatları və media nümayəndələrinin iştirakı ilə 2022/2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasının gedişatını izləmək məqsədilə mediatur keçirilir. SİA xəbər verir ki, tədbirdə BSU-nun rektoru Anar Nağıyev bildirib ki, imtahanlarda bakalavriat və magistratura səviyyələri üzrə ümumilikdə BSU-da təhsil alan 4665 tələbədən 3868-I iştirak edir. Bu il ilk dəfə olaraq əsas binada keçirilmiş imtahanlar mərkəzləşdirilmiş qaydada təşkil olunub. İyunun 1-dən başlayan və əyani formada təşkil olunan sessiyada bu günədək 1357 imtahan keçirilib. Əlaqədar struktur bölmələrə müvafiq tapşırıqlar verilib, imtahan sessiyasının keçirilməsi üçün mövcud pandemiya şəraiti nəzərə alınaraq tədbirlər həyata keçirilib.

2022-2023-cü tədris ilinin yaz imtahan sessiyasının təşkilinə, gedişinə nəzarəti həyata keçirmək, yarana biləcək münaqişə və şikayətlərin yerində operativ həllini təmin etmək məqsədilə universitet rəhbərliyinin, universitetdə fəaliyyət göstərən valideyn şuralarının, tələbə-gənclər təşkilatlarının, mətbuat nümayəndələrindən ibarət “İmtahan Qərargahı yaradılıb. İyulun 6-dək davam edəcək imtahan sessiyasında ümumilikdə 1416 imtahanın keçirilməsi nəzərdə tutulub.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə