“Ali təhsilin əlçatan olması baxımından xeyli iş görülüb“ - NAZİR DANIŞDI
“Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Heydər Əliyev Mərkəzi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən V İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransının böyük əhəmiyyəti var. Bu bir ənənədir və ənənə yaratmaq çox çətindir. Ümid edirik ki, konfrans öz müsbət nəticələrini tezliklə göstərəcək”. SİA xəbər verir ki, bu sözləri çıxışı zamanı Elm və Təhsil naziri Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, bu gün ali təhsil müəssisələrində imtahanların olduqca şəffaf keçirildiyini görürük: “Məhz bu prosesdə şəffaflıq təhsilin keyfiyyəti baxımından böyük əhəmiyyət daşıyır. Hazırda ali təhsilin əlçatan olması baxımından xeyli iş görülüb. Magistratura da daxil olmaqla 60 000 ali təhsilə qəbul olunub. Eyni zamanda ali təhsil müəssisələrində əlçatanlığın artırılması istiqamətində görülən işlərdən biri də dövlət sifarişi əsasında olan yerlərin artırılması olub. Bundan əlavə müxtəlif kateqoriyalardan olan şəxslər üçün tələbə kreditləri təsis olunub. Görülən işlər olduqca uğurludur, lakin qarşıda daha böyük işlər bizi gözləyir”.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB