"Bütün dünyada cəmiyyət təhsildən narazıdır" - TƏHSİL NAZİRİ BİLDİRDİ

"Bütün dünyada cəmiyyət təhsildən narazıdır" - TƏHSİL NAZİRİ BİLDİRDİ

"Bütün dünyada adətən cəmiyyət təhsildən narazıdır. Amma təhsil və ya insanın inkişafı prosesi çox mürəkkəbdir. İlk növbədə onu qeyd edim ki, təhsil prosesi mexanik bir proses deyil. Yəni, hər hansı biliyi bir başdan başqa bir başa mexaniki olaraq götürüb qoymaq mümkün deyil. Ona görə də bu, çox ciddi psixoloji inkişaf prosesidir. Cəmiyyət arasında təhsilin sonunda kamil bir insan yaratmaq məqsədi var. Bu kamil insan müxtəlif cəmiyyətlərdə müxtəlif cür başa düşülür. Bəzi cəmiyyətlərdə bu daha çox dəyərlər üzərindədir, bəzilərində isə əmək bazarı qabardılır". SİA xəbər verir ki, bu sözləri "İnsan Resursları 2023" adlı tədbirdə Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, həqiqətən də bir insanın inkişafını ailə mühiti, məktəb mühiti və doğulub boya-başa çatdığı mühit şərtləndirir: "Dünyada bu mühitlərin müxtəlif meyarları var. Məsələn, valideynləri kitab oxuyan və ya övladından gününün necə keçdiyi barədə maraqlanan uşaqla bunun əksini yaşayan uşağın biliyi arasında fərqlər var. Bunu statistika göstərir. Deməli, ailə mühiti də məktəb mühiti qədər uşağın təhsilinə təsir göstərir".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə