Peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi təşkil edilib
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 18-də peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi (qanunvericilik üzrә) keçirilib. DİM-dən SİA-ya bildirilib ki, imtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 4 binada təşkil olunub. İmtahanın keçirilməsi üçün 4 ümumi imtahan rəhbəri, 11 imtahan rəhbəri, 87 nəzarətçi – müəllim, 13 buraxılış rejimi (mühafizə) əməkdaşı cəlb olunub.
İmtahan 3 saat müddətində aparılıb və namizədlərə biliklərinin qiymətləndirilməsi üçün 40 test tapşırığı təqdim edilib. İlkin məlumatlara əsasən 1 nəfərin üzərində “ağıllı” saat aşkarlanıb və hazırda bununla bağlı araşdırma aparılır. İmtahan nəticələri yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün yaxın 3 həftə ərzində elan olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB