2022-2023-cü tədris ilində STEAM layihəsi 318 ümumtəhsil məktəbini əhatə edib
2022-2023-cü tədris ilində STEAM layihəsi 318 ümumtəhsil məktəbi və 23 STEAM Mərkəzini əhatə edib. Ümumilikdə 100 305 şagird STEAM tədrisinə cəlb edilib. Nazirlikdən SİA-ya verilən məlumata görə, BMT-nin Uşaq Fondunun Azərbaycan Nümayəndəliyinin STEAM layihəsi ilə əməkdaşlığı çərçivəsində "Qızların STEAM və rəqəmsal bacarıqlar sahəsində karyera seçiminə dəstək" proqramının tətbiqinə başlanılıb. Bərdə, Lənkəran, Tovuz, Şirvan və Sabirabad STEAM mərkəzlərində təşkil olunan layihəyə 100 şagird cəlb olunub.
Qeyd edək ki, 2021-2022-ci tədris ilində STEAM layihəsi 302 ümumtəhsil məktəbi və 13 STEAM Mərkəzini əhatə edib. Ümumilikdə 91 000-ə yaxın şagird STEAM tədrisinə cəlb edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB