“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanında iştirak edən namizədlərin sayı açıqlanıb

Üçüncü “Yüksəliş” müsabiqəsinin əyani mərhələsində qabiliyyət imtahanında 1262 namizəd iştirak edib. Bu barədə SİA-ya “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, bu gün üçüncü “Yüksəliş” müsabiqəsinin əyani mərhələsi start götürüb.

Xatırladaq ki, əyani mərhələnin imtahanında müsabiqənin əvvəlki mərhələlərini uğurla keçmiş 1325 nəfər iştirak etmək haqqı qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə