"Dostluq münasibətlərini qoruyub saxlayaq" adlı tədbir keçirilib - FOTOLAR

Bakının 227 nömrəli məktəbində OCEP layihəsi çərçivəsində Azərbaycan və Braziliya dostluğuna həsr olunmuş "Dostluq münasibətlərini qoruyub saxlayaq" adlı tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə Braziliyanın ölkəmizdəki səfiri Manuel Monteneqro, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Milli Olimpiya Komitəsinin OCEP layihəsi üzrə ekspert qrupunun sədri Namiq Cəfərov, Əməkdar jurnalist Qərənfil Dünyaminqızı və digər qonaqlar iştirak ediblər.

Tədbir başlamazdan öncə qonaqlar Azərbaycan-Braziliya dostluğuna həsr olunmuş sərgiyə dəvət olunub. Sərgidə məktəblilərin çəkdikləri rəsm və əl işləri, iki ölkənin ləziz təamları və milli mətbəx təamları nümayiş edilib.

Daha sonra tədbirin bədii hissəsi başlayıb. Tədbir zamanı məktəblilər Azərbaycan və Braziliya rəqsləri nümayiş etdiriblər.

Daha sonra 227 nömrəli məktəbin direktoru Sevinc Hüseynova çıxış edərək tədbir iştirakçılarını salamlayıb, tədbirdə iştirak etdiklərinə görə öz təşəkkürünü bildirib.

Sonda xatirə şəkilləri çəkdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə