Magistratura səviyyəsində “SABAH” qruplarına qəbul aparılır

Bu il magistratura səviyyəsində “SABAH” qruplarına 14 ixtisas üzrə tələbə qəbulu həyata keçiriləcək.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bunu “SABAH” qruplarının İcra Komitəsinin rəhbəri Eldar Qocayev Təhsil TV-də yayımlanan “Təhsil masası”nda deyib.

“Bu proqram ən müasir, xüsusilə texnologiya yönümlü ixtisasları əhatə edir. Süni intellekt, kibertəhlükəsizlik, dayanıqlı şəhərsalma, optimallaşdırma, ehtimal nəzəriyyəsi, əməliyyatların tədqiqi və sistemi, nanohissəciklər, biokimya ilə bağlı dünyanın tələb etdiyi ixtisaslar proqramda yer alır. “SABAH” magistraturası nəinki Azərbaycan, xaricdən tələbələrin cəlbində də nümunəvi proqrama çevriləcək”, - deyə Eldar Qocayev bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə