Abitruyentlər imtahanda hansı fənlərdən çətinlik çəkib? - EKSPERT AÇIQLADI

"Bu il birinci ixtisas qrupu üzrə sənəd verənlərin sayı əvvəlki illərlə müqayisədə müəyyən qədər az idi. Keçən il birinci ixtisas qrupu üzrə plan yeri 16 mindən çox idi və onun 11 mindən çoxu məhz dövlət sifarişli yerlər idi. 2022-ci ildə birinci ixtisas qrupu üzrə abitruyentlərin sayının çox olması müəyyən qədər ballarda artıma səbəb olmuşdu. Lakin bu il həm plan yerinin artması, həm də abitruyentlərin sayının azalması, eyni zamanda mart ayının 5 və 12-də keçirilən imtahanlardakı müəyyən çətinliklər keçən il ilə müqayisədə birinci ixtisas qrupu üzrə nəticələrin aşağı düşməsinə əsas verir". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, 3-4 iyunda keçirilən imtahan sualları ilə bağlı da bəzi məsələlər var idi: "Bu il birinci ixtisas qrupuna qəbul imtahanında informatika fənninə də yer verilib. Bu isə öz nəticəsini birmənalı şəkildə göstərəcək, keçən il ilə müqayisədə bəzi ixtisaslarda ballar düşəcək.

Keçirilən imtahanı təhlil etdikdə gördük ki, Fizika və İnformatika fənnindən abitruyentlər çətinlik çəkib. Eyni zamanda birinci ixtisas qrupu üzrə Kimya fənnindən açıq tipli sualların cavablandırılmasında da abitruyentlər çətinlik çəkiblər. Bütün bunlar pandemiya dövrünün uşaqların təhsilinə mənfi təsir göstərdiyinin sübutudur.

Digər tərəfdən birinci ixtisas qrupu üzrə Kimya fənni asan olsa da, dördüncü ixtisas qrupu üzrə isə Kimya fənni çətin idi. Dördüncü ixtisas qrupunda abitruyentlər Biologiya fənninə daha yaxşı cavab veriblər.

Ümumilikdə gözləntilərim istər bir, istərsə də dördüncü ixtisas qrupu üzrə bu il balın 400 olacağından ibarətdir. Yəni maksimum bal toplayan abituryentə rast gəlmək mümkün olacaq".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə