Naxçıvan Muxtar Respublikasında yeni internat məktəbi binası inşa olunacaq.
SİA-nın əldə etdiyi məlumata görə, bu, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda əks olunub.
Proqram Prezident İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiqlənib.
Sənəddə ümumi təyinatlı internat tipli ümumtəhsil məktəblərinin əhatə dairəsinin genişləndirilməsi əsas hədəf kimi müəyyənləşdirilib və icra müddəti 2023-2027-ci illər üçün nəzərdə tutulub.
Yeni internat məktəbi binasının inşası ilə bağlı layihə sənədlərinin hazırlanması Naxçıvanın Nazirlər Kabinetinə tapşırılıb. Digər icraçı qurum isə Elm və Təhsil Nazirliyidir.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB