I ixtisas qrupu imtahanının test tapşırıqlarının düzgün cavabları açıqlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinə qəbul olmaq üçün I ixtisas qrupu üzrə iyunun 4-də keçirilən imtahanda istifadə olunan test tapşırıqlarının düzgün cavablarını təqdim edib. SİA xəbər verir ki, imtahanın nəticələri yaxın iki həftə ərzində elan olunacaq.

Qapalı və cavabları kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları ilə DİM-in saytından tanış olmaq mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə