Naxçıvanda qəbul imtahanı keçirilir

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirir. DİM Naxçıvan Regional Bölməsindən SİA-ya verilən məlumata görə, imtahanlar saat 11:00-da başlayacaq. Saat 10:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Qeyd edək ki, Naxçıvan şəhərindəki 11, 15 və Heydər Əliyev adına tam orta məktəblərdə təşkil olunan imtahanlar 57 zalda keçiriləcək. İmtahanların keçirilməsinə 9 imtahan rəhbəri və 69 nəzarətçi cəlb olunub. İmtahanlarda 685 abituriyentin iştirakı nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə