Ötən ilin təhsil xərcləri açıqlanıb

2022-ci ildə Azərbaycanda təhsil xərclərinə 3,696 452 936 manat yönəldilib. SİA xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsində əksini tapıb.

Həmin vəsaitin 361 073 680 manatı məktəbəqədər təhsilə, 2 044 732 090 manatı ümumi təhsilə, 51 034 717 manatı peşə təhsilinə, 82 935 910 orta təhsilə, 418 955 828 ali təhsil, 7 352 830 əlavə təhsilə, 5 255 352 təhsil sahəsində tətbiqi tədqiqatlara, 725 142 529 təhsil sahəsində digər müəssisə və tədbirlər üzrə xərclənib.

Bütün xəbərlər Facebook səhifəmizdə