“Gənclər arasında birlik formalaşdıqca, biz daha da Türk dünyasına qapı açırıq”

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə bu il “Heydər Əliyev İli” elan olunub. Bu il çərçivəsində Ulu Öndərin 100 illik yubileyi münasibətilə Türk Birliyi siyasətinə uyğun olaraq Ortaq Türk Dünyası Olimpiadasını reallaşdıra bildik”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva deyib.

Onun sözlərinə görə, bu gün yekun, mükafatlandırma mərhələsini həyata keçiririk: “Beş müstəqil ölkənin türk uşaqları bir yerə yığışaraq, mədəniyyyət mübadiləsini həyata keçirtdilər. Düşünürəm ki, gənclər arasında bu birlik formalaşdıqca, biz daha da Türk dünyasına qapı açırıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə