“Abitruyentlər öz biliklərinə güvənməlidirlər” - EKSPERT DANIŞDI

“Beşinci qrup üzrə qabiliyyət imtahanlarına qeydiyyat başlayıb. Ali təhsilə qəbulun bu mərhələsində abitruyentlərin diqqətli olmalarını vacib edən məqamlar var. İlk öncə abitruyentlər öz biliklərinə güvənməli və həyəcanlarını aradan qaldırmağa çalışmalıdırlar”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov bildirib.

Onun sözlərinə görə, təbii ki, imtahan prosesi həyacan deməkdir: “Doğurdan da bəzən savadlı şagirdlər imtahanda məhz həyəcana bağlı olaraq aşağı nəticə göstərir. Buna görə də uşaqların imtahan psixoloji hazırlıq məsələsində müəllim və valideynlər şagirdlərə dəstək olmalıdırlar.

Müəyyən qabiliyyət tələb edən imtahanları verən şagirdlər də bu istiqamətdə müəyyən praktikaya sahib olurlar. Şagirdlərin imtahanla bağlı özlərinə inamları olmalıdır. Bir sözlə, şagirdlər ali təhsilə qəbulun istənilən mərhələsində imtahan zamanı həyəcan və stresi özlərindən uzaqlaşdırmalıdırlar”

Bütün xəbərlər Facebook səhifəmizdə