Təbii qaz hasilatını azaldan Rusiya neft hasilatını artırır

Rusiyanın təbii qaz hasilatı azaldığı halda, neft hasilatı artır. SİA xəbər verir ki, Rusiya Federal Statistika Təşkilatının açıqladığı məlumatlara görə, ölkənin təbii qaz hasilatı bu ilin ilk 8 ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,4 faiz azalaraq 389 milyard kubmetr olub. Sözügedən dövrdə Rusiyanın mayeləşdirilmiş təbii qaz hasilatı 13,5 faiz artaraq 21,6 milyon tona, neft hasilatı isə 3,1 faiz artaraq 354 milyon tona çatıb.

Rusiya prezidenti Vladimir Putin keçən ay ölkəsinin sanksiyalara baxmayaraq neft və qaz gəlirlərini artırdığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə