Avropada qazın qiyməti bir həftə ərzində 17 faiz artıb

Avropada qazın qiyməti 1000 kubmetr üçün 1 000 dolları ötüb.

SİA xəbər verir ki, bu barədə Londonun "ICE" birjasının məlumatlarında deyilir.

Məlumata əsasən, Niderlandın TTF habında fevral fyuçerslərinin qiyməti min kubmetr üçün 1 065 dollar təşkil edib.

Bildirilir ki, bir həftə ərzində qiymətdə qeydə alınan ümumi artım təxminən 17 faiz təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə