Ötən ildən həyəcan təbili çalınmağa başlanmışdı - İQTİSADÇI EKSPERT MÖVQE BİLDİRDİ

"Yüksək keyfiyyətli taxıl istehsalını stimullaşdırmaq üçün nəticəyönümlü subsidiyaların verilməsi istiqamətində Kənd Təsərrüfatı Nazirliyinə konkret tapşırıq verilib. Artıq ötən ildən həyəcan təbili çalınmağa başlamışdı. Məlum olduğu kimi Azərbaycanda taxıl istehsalı həyata keçirilir. Lakin müəyyən səbəblərdən əldə olunan taxılın keyfiyyəti çox da yüksək səviyyədə olmur". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Asif İbrahimov deyib.

Ekspert qeyd edib ki, ona görə də, un və un məmulatlarının istehsalında biraz çətinlik yaranır. Azərbaycanda istehsal olunan taxılın böyük bir hissəsi, xüsusilə texniki məqsədlərlə, eyni zamanda yem olaraq istifadə olunur. Bu baxımdan da Azərbaycan un və un məmulatlarında istifadə edəcəyi taxılın böyük bir hissəsini Rusiya və Qazaxstandan idxal etmək məcburiyyətində qalır. Məlum olduğu kimi ən ucuz taxılı Rusiyadan idxal edirik. Lakin bu baxımdan da müəyyən problemlərimiz ortaya çıxır. Ərzaq təhlükəsizliyimizdə ciddi, kritik problemlər ön plana çıxır.

Asif İbrahimov bu bardə fikirlərini belə izah edib: "Məlum olduğu kimi keçən ilin əvvəllərindən Rusiya hökuməti belə bir qərar qəbul etmişdi ki, artıq 2021-ci ilin may ayından etibarən taxıl və dənli bitkilərin hər tonuna 25 avro əlavə dövlət rüsumu tətbiq olunsun. Noyabr ayında da idxal olunan taxılın ixrac qiymətində müəyyən artımlar olmuşdu. Bu xüsusilə, Avrasiya İttifaqına üzv olmayan ölkələrə şamil olunur. Məlum olduğu kimi Azərbaycan da Rusiyanın yaratdığı Avrasiya İttifaqına üzv deyil. Verilən bu qərarlar, təbii ki, ölkəmizə öz mənfi təsirini göstərir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti taxıl və dənli bitkilərin ölkəyə idxalının azadılması ilə bağlı tapşırpıqlar vermişdi. Kənd Təsərrüfatı Nazirliyinə bu istiqamətdə tapşırıqlar verilmişdi. Bununla bağlı artıq Azərbaycanda belə bir qərar verildi ki, yüksək səviyyəli taxıl istehsalının həyata keçirilməsi təmin edilsin. Görüləsi işlərimiz çoxdur. Öncə bu yüksək keyfiyyətli taxılın əldə olunması üçün infrastruktur, münbit şərsait yaradılmalıdır. Əgər infrastrukturda müəyyən problemlər varsa, istehsalçılar üçün şərait yaradılmalıdır. Toxumların əldə edilməsində problem yaradılmamalıdır. Bundan başqa Azərbaycan hökuməti subsidiyalar nəzərdə tutub. Xüsusilə, subsidiyaların ayrılması taxıl istehsalçılarına müəyyən xərclərin ödənilməsi üçün maddi yardımdır, eyni zamanda yüksək keyfiyyətli taxılın istehsal edilməsi üçün dərman və toxumların əldə olunmasını nəzərdə tutub".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə