Vuçiç Putindən qazın onlara ucuz qiymətə satılmasını istəyib

Vuçiç Putindən qazın onlara ucuz qiymətə satılmasını istəyib

Serbiya Prezidenti Aleksandr Vuçiç rusiyalı həmkarı Vladimir Putindən ölkəsinə qazı ən yaxşı qiymətə satmasını istəyib.

Qeyd edək ki, Vuçiç bunu Rusiya xarici işlər naziri Sergey Lavrovla keçirdiyi mətbuat konfransında da sələndirdiyini etiraf edib.

“RİA Novosti” agentliyinin verdiyi məlumata görə, Vuçiç Serbiyanın enerji böhranından digər Avropa ölkələri ilə müqayisədə nisbətən daha az əziyyət çəkdiyini qeyd edib. Onun sözlərinə görə, ölkəsi üçün “qurtuluş” “Türk axını”nın davamı olan “Balkan axını” qaz kəmərinin inşası olub.

Xatırladaq ki, daha əvvəl Vuçiç Rusiyadan Serbiyaya qazın qiymətini 1000 kubmetr üçün 270 dollar səviyyəsində saxlamaq niyyətində olduğunu bildirmişdi.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə