Qazın qiyməti tarixi maksimuma çatdı - ŞOK

Avropa fyuçers bazarında bir kubmetr qazın qiyməti yenidən tarixi maksimumuna çatıb. Sentyabrın 15-nə olan məlumata görə, qazın hər kubmetri 900 dollar olub. SİA xəbər verir ki, bu xəbər dünya mediasında şok effekti doğurub.

Bundan əvvəl rekord səviyyələr hər min kubmetr üçün 750, 710 və 670, sonra 810 dollar olmuşdu.

Rusiya Milli Enerji Təhlükəsizliyi Fondunun baş direktorunun qaz problemləri üzrə müavini Aleksey Qrivaç bildirib ki, Avropada uzun müddətdir davam edən sistematik qaz çatışmazlığı qazın qiymətlərinin artmasına səbəb olub.

Qazın qiymətinin kəskin və sürətlə artması qaz ixrac edən ölkələrin, o cümlədən Azərbaycanın gəlirlərinin artmasına səbəb olur. Lakin qaz idxal edən ölkələr bundan ciddi zərər çəkəcək. Ekspertlər bahalaşmanın davam edəcəyini və yaxın günlərdə 1000 dolları keçəcəyini ehtimal edirlər.

Elçin

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...