AI-95 və AI-98 markalı benzin bahalaşıb

Azərbaycanda AI-95 ("Premium") və AI-98 ("Super") benzinlərinin qiyməti 1,45 və 1,6 manatdan müvafiq olaraq 1,6 və 1,9 manata qalxıb. Bunu "SOCAR PETROLEUM"un mətbuat xidmətinin rəhbəri Üzeyir Həbibbəyli deyib.

Onun sözlərinə görə, idxal olunan ölkədə qiymət artımı ilə əlaqədar olara ölkəmizə idxal olunan “A-98 SUPER” və “A-95 PREMİUM” yanacaq növlərinin qiymətində bahalaşma baş verib. Sentyabr ayının 15-dən etibarən “A-98 SUPER” və “A-95 PREMİUM”markalı yanacaq növlərinin qiymətində artım baş verib. Beləliklə “A-98” 1.90 manata, “A-95” isə 1.60 manat satışı həyata keçirilir.

Qeyd edək ki, Aİ-92 markalı benzinin pərakəndə satış qiyməti hər litrə müvafiq olaraq 1 manat, dizelin qiyməti isə 0,80 manat təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...