Fərdi sahibkarların sayı ötən ilin eyni dövrünə nisbətən 38,7 faiz artıb
Bu il aprelin 1-nə Azərbaycanda maliyyə və sığorta fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçən fərdi sahibkarların sayı 2 590 nəfər təşkil edib. SİA Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, qeydiyyatdan keçmiş bu kateqoriya fərdi sahibkarların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 723 vahid və ya 38,7% artıb.
Bu fəaliyyətlə məşğul olan fərdi sahibkarların 1 994 nəfərini və ya 77%-ni kişilər, 596 nəfərini və ya 23%-ni isə qadınlar təşkil edib.
Qeyd edək ki, 2020-ci ilin aprelin 1-i vəziyyətinə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 927,8 mini keçib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB