Qazaxıstan BTC ilə nəql etdiyi neftin həcmini artıra bilər

Qazaxıstan BTC ilə nəql etdiyi neftin həcmini artıra bilər

Qazaxıstan Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft boru kəməri ilə "qara qızıl"ın nəqlini artıra bilər.

SİA-nın xəbərinə görə, Qazaxıstanın Türkiyədəki səfiri Canseyid Tuymebayev BTC-nin son dövrdəki ən böyük layihələrdən biri olduğunu bildirib.

Bu boru xətti ilə neftin nəqlinə ölkəsinin də dəstək verdiyini qeyd edən səfir deyib ki, Qazaxıstanda neft istehsalı hər il artır, buna görə də Qazaxıstanın BTC ilə nəql etdiyi neftin həcmi artırıla bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə