"Mən gələcəkdə iqtisadi sahədə heç bir problem görmürəm" - PREZİDENT

"Mən gələcəkdə iqtisadi sahədə heç bir problem görmürəm" - PREZİDENT

"Azərbaycan iqtisadiyyatı inkişaf edir. Mən gələcəkdə iqtisadi sahədə heç bir problem görmürəm. Manatın məzənnəsi artıq üç ildir ki, sabitdir. Əminəm ki, belə davam edəcək. Valyuta ehtiyatlarımız artır. Valyuta ehtiyatlarımız ümumi daxili məhsuldan artıq çoxdur". SİA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Konqres Mərkəzində Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə təşkil olunmuş mərasimdə çıxış edərkən deyib.

Prezident qeyd edib ki, xarici borcumuz azalır, yenə də azaldacağıq: "Mən göstəriş vermişəm təqribən 10 faizə qədər, indi ümumi daxili məhsulun 17 faizini təşkil edir, 10 faizinə qədər getməlidir. Sənaye artır. Bu il qeyri-neft sənayemiz 15 faiz, kənd təsərrüfatı 7 faiz artıbdır. Davos Ümumdünya Forumu bizi çox yüksək yerlərə layiq görür, o cümlədən islahatların aparılması istiqamətində. İslahatlara meyillilik və rəhbərliyə olan inam əmsalına görə biz dünyada birinci onluqdayıq. Özü də bunu biz yox, Davos deyir. Dünya Bankı nə deyir? Deyir ki, Azərbaycan 20 ən islahatçı ölkə sırasındadır".

Bütün xəbərlər Facebook səhifəmizdə