Kölgə iqtisadiyyatına qarşı mübarizənin müsbət NƏTİCƏLƏRİ EKSPERT RƏYİ-ÖZƏL
“Cari il başlayandan məhz kölgə iqtisadiyyatına qarşı start götürən inqilabi addımlaırın sayəsində sosial sahədə məlum qərarlar vermək mümkün oldu. Bunu mütləq nəzərə almaq lazımdır”. Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov deyib.
Car ildə minimum əmək haqqının yaşayış minimumu səviyyəsinə çatdırıldığınıə deyən ekspert söyləyib ki, halbuki, dövlət gəlirlərimiz 2015-2016-cı illərdən əvvəl indikindən yüksək idi: “Buna baxmayaraq, sözügedən bərabərləşməni yalnız bu il əldə edə bildik. Niyə və nəyin hesabına? Sözsüz ki, bilavasitə, son 1 il ərzində ölkədə həyata keçirilməyə başlanılan şəffaflığın, yeni yanaşmanın və islahatların sayəsində”.
P.Heydərov vurğulayıb ki, sosial dövlət modeli quruculuğunda bütün problemlərin kökündə məhz kölgə iqtisadiyyatı dayanırdı ki, dövlət və hökumət sosial istiqamətdə nə qədər güclü siyasət yeridir-yeritsin, effektlilik səviyyəsinin bir hissəsi bu amil tərəfindən "qara dəlik işığı udduğu" tək mənimsənilirdi: “Təkcə bir faktı xatırladım ki, 2018-ci ildə kölgə iqtisadiyyatının səviyyəsinin azaldılması istiqamətində görülən işlər nəticəsində iri topdansatış obyektlərində 930 milyon manat, şəbəkə marketlərdə 122 milyon, özəl tibb müəssisələrində 230 milyon manat vəsaitin dövlət büdcəsindən yayınma aşkarlanaraq, büdcəyə daxil edilmişdi. Bunlar hələ vergi yoxlaması nəticəsində ortaya çıxanlardır. Bu, nəyi göstərir? Bizdə kölgə iqtisadiyyatı kifayət qədər böyük paya sahibdir. Və milli gəlirin bölgüsündə ədalətsizlik elementlərinin kökündə də elə məhz, bu amil dayanır”.
Ekspert qeyd edib ki, dövlətimizin sosial aspektdə illərlədir nümayiş etdirdiyi, cari ildən daha da gücləndirdiyi səylərin maksimal səviyyədə effekt verməsi üçün “kölgə iqtisadiyyatının” səviyyəsini azaltmaq zərurəti hələ də ciddi şəkildə ortada dayanır: Çünki 2019-cu il ərzində ilkin nəticələr - hətta 1-ci rübün yekunları belə göstərdi ki, istər əmək münasibətlərinin rəsmiləşdirilməsi, istərsə də əməkhaqlarının “ağardılması” nəticəsində əhəmiyyətli şəffaflaşma baş tutdu. Xüsusən də, qeyri-neft sektorunun özəl bölməsində muzdla işləyənlərin sayında artım müşahidə edilməsi o deməkdir ki, islahatlar bəhrəsini verdi”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB