Elektrik enerjisindən qeyri-qanuni istifadə hallarının qarşısı alınır
Salyan paylayıcı elektrik şəbəkəsində (PEŞ) cari ilin avqust ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 42 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilib. "Azərenerji" ASC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılıb və 142,9 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 8,6 min manata yaxın istehlak dəyəri bərpa edilib. Hesabat ayında həmin bu məbləğin ödənişi təmin edilib. Cari ilin 8 ayı ərzində burada 684 qayda pozuntusu faktı aşkar olunub. Nəticədə 3 milyon 367,3 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 202 min manatdan çox istehlak dəyəri bərpa edilib. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 39 faizdən artıq hissəsinin ödənişi təmin edilib. Qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Neftçala PEŞ-də isə cari ilin avqust ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 30 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilib. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılıb. 182,1 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 10,9 min manatdan artıq istehlak dəyəri bərpa edilib. Hesabat ayında həmin bu məbləğin 60 faizdən artıq hissəsinin ödənişi təmin edilib. Onu da qeyd edək ki, 2010-cu ilin 8 ayı ərzində burada keçirilmiş reydlər zamanı aşkar edilmiş 719 qayda pozuntusuna görə 4 milyon 561,6 min kilovatsaatdan çox itirilmiş elektrik enerjisinin 273,7 min manata yaxın istehlak dəyəri bərpa edilib. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 22 faizdən çox hissəsinin ödənişi təmin edilib və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilib. Astara PEŞ-də isə burada cari ilin avqust ayında keçirilmiş reydlər zamanı 7 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilərək müvafiq qaydada aktlar tərtib edilib. Aktlar üzrə hesabat aparılaraq 13,2 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 789 manatdan çox istehlak dəyəri bərpa edilib. Hesabat ayında həmin bu məbləğin 63 faizdən çox hissəsinin ödənişi təmin edilib. Qeyd edək ki, 2010-cu ilin 8 ayı ərzində isə sözügedən müəssisə üzrə 123 qayda pozuntusu aşkar edilərək 397 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 23,8 min manatdan çox istehlak dəyəri bərpa edilib. Həmin bu məbləğin 27 faizə yaxın hissəsinin ödənişi təmin edilib və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB