Açıq müsabiqə elan edilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC tikinti materiallarının satınalınması məqsədilə açıq müsabiqə elan edib. SİA-nın verdiyi məlumata görə, müsabiqədə iştirak etmək istəyən şəxslər www.acsc.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Müraciət üçün son müddət 2017-ci il oktyabrın 13-ü saat 18.00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır. Xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq.

Ünvan: Bakı, Heydər Əliyev prospekti 152, “Çinar plaza”, 24-cü mərtəbə.

Əlaqə telefonları: (012) 404-37-00 daxili:1064.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə