"AtaBank" ASC Korporativ Sosial Məsuliyyət layihələri çərçivəsində 2017-ci il üçün nəzərdə tutulmuş növbəti xeyriyyəçilik aksiyasını həyata keçirib. Bank tərəfindən Əhmədli qəsəbəsində yerləşən 3 saylı uşaq internat-evinin balaca sakinləri üçün Ramazan Bayramı günlərində əyləncəli viktorina və şən müsabiqəli bayram tədbiri təşkil edilib. Ramazan Bayramı ilə əlaqədar təşkil edilmiş xeyriyyə tədbirinə müğənnilər, sehrbazlar, animatorlar və məzəli klounlar dəvət olunub.
Beləcə, bank heyəti uşaq evinin balaca sakinləri ilə birlikdə xoş və əyləncəli şəkildə müqəddəs Ramazan Bayramını qeyd edib.
Bayram şənliyi ilə əlaqədar "AtaBank" ASC-nin İdarə Heyəti sədrinin müavini Rauf Hüseynov bildirdi ki, "Bu cür tədbirlər dövlətimizin sosial siyasətinə uyğun olaraq Korporativ Sosial Məsuliyyət xarakteri daşıyır və cəmiyyətimizin valideyn himayəsindən məhrum olan uşaqlarına mənəvi dəstək, onlardan diqqət və qayğını əsirgəməmək məqsədi ilə təşkil edilir. Uşaqlar bizim gələcəyimizdir, onların ehtiyaclarına və ümidlərinə həmişə diqqətlə yanaşmaq lazımdır!"
Bayram şənliyində uşaqlarla birlikdə aktiv iştirak edən bankın Kommunikasiyalar və PR şöbəsinin rəisi Oruc İbrahimov isə əlavə olaraq qeyd edib ki, daim sosial məsuliyyətə önəm verən "AtaBank" ASC tərəfindən bu cür tədbirlərin təşkili bundan sonra da davam etdirləcək.
Bayram tədbirinin sonunda uşaqlarla bank əməkdaşlarının birgə xatirə şəkilləri çəkildi.
1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC 100 faiz yerli kapitallı, yüksək texnologiyalı, universal Azərbaycan bankıdır. Bakıda və ölkənin müxtəlif regionlarında bankın 31 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə geniş çeşidli bank xidmətləri təqdim edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB