Güclü və qətiyyətli addımlarla öz məqsədimizə çatacağıq AÇIQLAMA

Güclü və qətiyyətli addımlarla öz məqsədimizə çatacağıq AÇIQLAMA

"HAMAS-ın yeni doktrinasında 1988-ci ildən orada əksini tapan İsrailin məhvi maddəsi aradan qaldırılıb". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Sahib Alıyev deyib. Onun sözlərinə görə, heç şübhəsiz ki, bu,Tehranla məsləhətləşmədən edilə bilməzdi və burada son zamanlar İsrailin HAMAS-a silah-sursat ötürülən loqistik mərkəzlərə endirdiyi ardıcıl, sarsıdıcı zərbələr az rol oynamayıb: "Bu həm də o deməkdir ki, artıq həm Tehranda, həm də HAMAS rəhbərliyində Bəşər Əsəd rejiminin gələciyinə elə də nikbin yanaşma yoxdur.

Nikbinliyin aradan qalxması isə ilk növbədə ABŞ-ın aprelin 6-dan 7-nə keçən gecə Əsəd ordusuna raket zərbəsi endirməsi və Rusiyanın onun qarşısını ala bilməməsindən qaynaqlanır. Xatırladaq ki, həmən gecə İsrail də Suriyadakı bir çox nöqtələri sıradan çıxarmışdı. Sonradan bəlli oldu ki, sıradan çıxarılan obyektlər HAMAS-ın xidmətində olub.

Bir sözlə, İsrailin örnəyindən də görürük ki, sən güclü və qətiyyətlisənsə, gec- tez öz məqsədinə çatırsan. İşğalçı ordunun hərbiçilərinin Qarabağda ardıcıl olaraq məhvinə yönələn addımlar da (ötən həftədə onların daha 3 itkiləri oldu) bir gün öz bəhrəsini verəcək. Düşmən torpaqlarımızdan rədd olub gedəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə