“Üçtərəfli ticarət dövriyyəsi 20 milyard dollara çatdırılacaq”
"Türkiyə, Azərbaycan və Gürcüstan üçtərəfli ticarət dövriyyəsini 20 milyard dollara çatdırmaq niyyətindədir". SİA "TRT"-yə istinadən xəbər verir ki, bunu Türkiyənin iqtisadiyyat nazirinin müavini Fatih Metin İstanbulda V Türkiyə-Azərbaycan-Gürcüstan biznes forumunda deyib. Onun sözlərinə görə, üç ölkə yaxın vaxtlarda bu məqsədinə nail ola bilər. F.Metin əlavə edib ki, üç ölkənin iş adamlarının görüşü yalnız iqtisadiyyat və ticarətin inkişafına təkan vermir, həmçinin mədəni və sosial sahələrdə yaxınlaşma baxımından böyük əhəmiyyət daşıyır: "Bu forum, həm də mövcud problemlərin aradan qaldırılmasına kömək edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB