İqtisadçı məcburi köçkünlər üçün vahid aylıq müavinətindən danışdı AÇIQLAMA
23 yanvar 2017-ci iltarixdə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı qəbul edilib.
Fərmandan irəli gələn məsələlərə dair SİA-ya açıqlama verən iqtisadçı ekspert Emin Əliyev bildirib ki, Fərmanın mahiyyəti dövlət və vətəndaş arasında münasibətlərin daha da sadələşdirilməsinə xidmət edir: "Öncədən məcburi köçkünlərə ayrılan, yemək və kommunal xərci kimi bildiyimiz xərclər vahid aylıq müavinat ilə əvəzlənəcək. Bununla yanaşı, Fərmanda vəsaitin çatdırılmasında ünvanlılığı dəqiq təmin etmək mexanizmin müəyyən edilməsi məqamı da vardır. Bu öz növbəsində müavinətin ayrılacağı kontingentin müəyyən edilməsinə xidmət edəcək və bu sahədə olan mexanizmləri daha da şəffaflaşdıracaq.
Fərmanın 3-cü hissəsində Dövlət Neft Şirkətinə, Azərsu SC-ya və Azərişiq SC-ya verilən tapşırıqlar isə vətandaş dövlət arasında bürokratiyanın aradan qaldırılmasına birbaşa xidmət edəcək. Belə ki, hər üç qurum köçkünlərin yaşadığı ünvanlarda sayqacların quraşdırılmasını qısa zaman ərzində təmin etməlidir ki, bu da öz növbəsində keyfiyyətli xidmətlərin göstərilməsini təmin edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB