İctimai iaşə dövriyyəsi 0,6 faiz artıb DSK

İctimai iaşə dövriyyəsi 0,6 faiz artıb DSK

Bu ilin yanvar-noyabr ayları ərzində ictimai iaşə dövriyyəsi 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 0,6 faiz artaraq 1 045,0 milyon manata çatıb.

Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 42,7 faizi hüquqi şəxs statuslu müəssisələrin, 57,3 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür. Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2015-ci ilin eyni dövrü ilə müqayisədə 0,1 faiz azalaraq 440,0 milyon manat olub.

Bütün xəbərlər Facebook səhifəmizdə